Bakı. Trend:
Fransa millisinin sabiq futbolçusu Dimitri Payet karyerasını bitirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu özü açıqlama verib.
Qeyd edək ki, son klubu Braziliyada “Vasko da Qama” olan hücumameyilli yarımmüdafiəçi "Ekselsior" (Niderland), "Nant", "Sent-Etyenn", "Lill", "Marsel" (hamısı Fransa), "Vest Hem" (İngiltərə) klublarında çıxış edib.
O, Fransa millisinin heyətində keçirdiyi 38 oyunda 8 qol vurub.
