...

Avstraliya altı yanacaq daşınmasının ləğv olunduğunu açıqlayıb

Dünya xəbərləri Materials 23 Mart 2026 08:37 (UTC +04:00)
Avstraliya altı yanacaq daşınmasının ləğv olunduğunu açıqlayıb

Bakı. Trend:

Yaxın Şərqdəki münaqişə səbəbindən Avstraliyaya ən azı altı tanker yanacaq tədarükü ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə Avstraliya energetika naziri Kris Bouen deyib.

Onun sözlərinə görə, ümumilikdə qitəyə yanacaq tədarükü qrafiki sabit qalır, lakin "fərdi daşınmalarda fasilələr var".

"Hər ay orta hesabla aldığımız 80 uçuşdan altısının ləğv edildiyini bilirik. Bunlar əsasən Asiyadan - Sinqapur, Cənubi Koreya və Malayziyadan gələn gəmilər olub. Problem ondadır ki, [bu ölkələrdəki] neft emalı zavodları xam neft tədarükündə problemlər yaşayır və bu da onların neft məhsulları tədarük etmək qabiliyyətinə təsir göstəri", - deyə o bildirib.

Nazir qeyd edib ki, ləğv edilmiş bəzi reyslər artıq alternativ reyslərlə əvəz olunub və ümumilikdə Avstraliya hökuməti təchizatda qəfil fasilə gözləmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti