Bakı. Trend:
ABŞ-nin “USS Gerald R. Ford” aviadaşıyıcısı Qırmızı dənizi tərk etdikdən sonra Yunanıstanın Krit adasındakı Suda-Bey hərbi bazasına daxil olub.
Trend xəbər verir ki, bu barədə məlumatı "Kathimerini" qəzeti yayıb.
Nəşrin məlumatına görə, aviadaşıyıcı təmir işləri və göyərtədə baş vermiş böyük yanğının araşdırılması üçün bazaya gətirilib.
ABŞ Hərbi Dəniz İnstitutunun mənbəsinə əsasən, “USS Gerald R. Ford” İrana qarşı planlaşdırılmış əməliyyatdan bir həftədən artıq müddətə kənarlaşdırılıb.
