...

Britaniyanın nüvə sualtı qayığı Ərəbistan dənizinin şimalına yerləşdirilib

Dünya xəbərləri Materials 22 Mart 2026 05:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kral Dəniz Qüvvələrinə məxsus nüvə sualtı qayığı HMS Anson Ərəbistan dənizinin şimal hissəsində yerləşir.

Trend xəbər verir ki, bu barədə "Mail on Sunday" qəzeti məlumat yayıb.

Məlumata görə, sualtı qayıq Avstraliya, ABŞ və Böyük Britaniya arasında AUKUS üçtərəfli müdafiə tərəfdaşlığı çərçivəsində fevral ayında Avstraliyanın Pert şəhərinə çatdıqdan sonra martın 6-da oradan yola düşüb.

Qeyd olunur ki, zərurət yaranarsa, sualtı qayıq ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatlarında istifadə oluna bilər.

Martın 21-də Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Londonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyi planlaşdırmadığını bildirib. O vurğulayıb ki, Birləşmiş Krallıq regiondakı müttəfiqlərinə yalnız müdafiə xarakterli dəstək verir, o cümlədən onlara qarşı atılan raket və pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsinə kömək edir.

Xəbər lenti

Xəbər lenti