Bakı. Trend:
İsrail hökuməti Qüds şəhərində ABŞ səfirliyinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılmasını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahu, xarici işlər naziri Gideon Saar və tikinti naziri Haim Katzın birgə bəyanatında qeyd olunub.
Sənəddə vurğulanır ki, səfirlik binasının inşası ABŞ-nin Qüdsü İsrailin paytaxtı kimi tanımaq öhdəliyinin uzunmüddətli təzahürü olmaqla yanaşı, iki ölkə arasındakı münasibətlərin möhkəmliyini nümayiş etdirəcək.
İsrail rəhbərliyi əlavə edib ki, bu qərar İsrail və ABŞ-nin İrana qarşı birgə fəaliyyətləri fonunda xüsusi əhəmiyyət daşıyır.
“Bu addım ölkələrimiz arasında müttəfiqliyin və strateji tərəfdaşlığın daha da gücləndiyini təsdiqləyir”, – bəyanatda bildirilib.