...

"Lufthansa" Yaxın Şərq istiqamətində uçuşları təhlükəsizlik səbəbindən məhdudlaşdırıb

Dünya xəbərləri Materials 24 Mart 2026 04:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın “Lufthansa” aviaşirkəti təhlükəsizlik riskləri ilə əlaqədar Yaxın Şərq istiqamətində bir sıra uçuşları uzun müddətə dayandırıb.

Trend xəbər verir ki, şirkət Abu-Dabi, Əmman, Beyrut, Dammam, Ər-Riyad, Ərbil, Muskat və Tehran hava limanlarına reyslərin oktyabrın 24-dək həyata keçirilməyəcəyini açıqlayıb. Qərarın İranla bağlı hərbi gərginlik və əməliyyatlarla əlaqədar olduğu bildirilib.

Məhdudiyyətlər “Lufthansa” qrupu daxilində fəaliyyət göstərən “Swiss”, “Austrian Airlines”, “Brussels Airlines”, “ITA Airways”, “Edelweiss” və “Lufthansa Cargo” şirkətlərinə də aiddir. Qrupun digər törəmə şirkəti “Eurowings” isə Beyrut və Ərbil istiqamətlərində uçuşları ilkin olaraq aprelin 30-dək dayandırıb.

Bundan əlavə, Dubay və Təl-Əviv istiqamətlərinə uçuşlar mayın 31-dək həyata keçirilməyəcək. “Lufthansa Cargo”nun yük reysləri və “Eurowings”in Təl-Əvivə sərnişin uçuşları isə ilkin mərhələdə aprelin 30-dək dayandırılıb.

Aviaşirkət regiondakı vəziyyəti yaxından izlədiyini və qərarların duruma uyğun olaraq yenilənəcəyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti