Bakı. Trend:
Çinin "Smart Dragon-3" raketi bazar ertəsi günü 10 kiçik "CentiSpace-2" peykindən ibarət yeni qrupu uğurla orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) xəbər verib.
Məlumata əsasən, raketin buraxılışı Sarı dənizdə, Hayan şəhəri (Şandun əyaləti) yaxınlığında yerləşən dəniz platformasından həyata keçirilib. Hər biri 100 kq ağırlığında olan bütün peyklər 700 km yüksəklikdə təyin olunmuş orbitlərinə daxil olublar.
GNSS yerləşdirmə və naviqasiya sistemi cihazları quru, su və hava obyektlərinin, eləcə də aşağı orbitli kosmik gəmilərin yerini yüksək dəqiqliklə təyin etmək üçün nəzərdə tutulub.