...

Şəmkirdə yaşayış evində yanğın olub (VİDEO)

Hadisə Materials 22 Mart 2026 11:52 (UTC +04:00)
Şəmkirdə yaşayış evində yanğın olub (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyü 10 m² sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti