Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Çexiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,465 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 2,022 milyon ABŞ dolları və ya 45,5% çoxdur.
Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Çexiyanın payı 1,3% təşkil edib.
Həmçinin 2025-ci ildə Çexiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,591 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 3,3 milyon ABŞ dolları və ya 2,4 dəfə artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Çexiyanın payı 0,5% təşkil edib.
2024-cü ildə Azərbaycandan Çexiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,443 milyon ABŞ dolları, əks istiqamətdə isə 2,327 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.
