Bakı. Trend:
Braziliyalı hücumçu Vaqner Lav karyerası ilə bağlı yekun qərarını verib.
Trend xəbər verir ki,təcrübəli forvard peşəkar karyerasını başa vurub.
Lav 41 yaşında peşəkar futbolla vidalaşıb. Braziliya millisinin sabiq üzvü karyerası ərzində birgə çalışdığı hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Vaqner Lav "Palmeyras", ÇSKA (Moskva), "Flamenqo", "Lunenq", "Korintians", "Monako", "Alanyaspor", "Beşiktaş", "Kayrat", "Midyullan", "Sport Resife", "Atletiko Qoiyaniense" və "Retro"da çıxış edib.
