...

Azərbaycanın U-17 yığması Bolqarıstanla heç-heçə edib

İdman Materials 24 Mart 2026 19:56 (UTC +04:00)
Azərbaycanın U-17 yığması Bolqarıstanla heç-heçə edib

Bakı. Trend:

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununa çıxıb.

Trend xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşıb.

“Xristo Botev” stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə yekunlaşıb.

Komandamızın heyətində Əli Bəşirov fərqlənib. O 39-cu dəqiqədə penaltini qola çevirə bilib.

Xəbər lenti

Xəbər lenti