...

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

Siyasət Materials 23 Mart 2026 21:17 (UTC +04:00)
Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

23 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub. Nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər və Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmçinin İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları ilə bağlı araşdırmanın tamamlanması üzrə gözləntilərini diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər üzrə də fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti