...

Sumqayıtda tonqal partlayışı zamanı xəsarət alanların vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 21 Mart 2026 23:56 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 21-də saat 21:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalında baş verən güclü partlayışla bağlı çağırış daxil olub.

Bu barədə Trend-ə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya edilib.

Bununla yanaşı, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Zərərçəkənlərin hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, onların vəziyyətləri stabil qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti