...

“NomadMania” klubunun təsisçisi səyahətçilərin Qarabağ səfərinin proqramını açıqlayıb

Cəmiyyət Materials 25 Mart 2026 16:32 (UTC +04:00)
“NomadMania” klubunun təsisçisi səyahətçilərin Qarabağ səfərinin proqramını açıqlayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda burada 30-dan artıq ölkədən nümayəndələr iştirak edir. Mövcud qlobal geosiyasi vəziyyəti nəzərə alsaq, bu, sözün həqiqi mənasında möcüzədir.

Trend xəbər verir ki, bu fikirləri bu gün “NomadMania”nın təsisçisi Hari Mitsidis “NomadMania” klubunun illik toplantısında çıxışında deyib.

Hari Mitsidis səyahətçilərin Qarabağ səfərinin proqramını da açıqlayıb və o, “NomadMania”nın mənasından danışıb:

“Nomad Mania 2012-ci ildə yaradılıb. Həmin vaxt “The Best Travelled” adı ilə tanınırdı. Bəzi insanlar düşünür ki, Nomad Mania yalnız səyahət siyahıları və statistikadan ibarətdir. Müəyyən dərəcədə bu doğrudur, çünki fəaliyyətinə məhz bu cür başlayıb. Bizim dünyanı müxtəlif regionlara bölən maraqlı siyahılarımız var. Yaxın vaxtlara qədər 1301 region mövcud idi, lakin son bir ay ərzində bu say artırılır və ehtimal ki, ümumi say 1380 ətrafında olacaq”.

O qeyd edib ki, bu, “NomadMania” nın fəaliyyətinin yalnız kiçik bir hissəsidir: “Bizim çox fəal və ildən-ilə böyüyən bir icmamız var. Hazırda üzvlərin sayı 55 minə yaxındır. Qeyd edək ki, bu platformaya qoşulmaq o qədər də asan deyil – profil yaratmaq və onu doldurmaq üçün vaxt sərf etmək lazımdır. Bu baxımdan “Facebook” və ya “Instagram” kimi sadə qeydiyyatlı platformalardan fərqlənir.

“NomadMania”nı unikal edən digər məqam layihələridir. Bu layihələr səyahətlər zamanı görülə biləcək 60-dan çox tematik siyahını əhatə edir. Məsələn, akvariumlar, hərbi muzeylər, həmçinin “Bizarium” və “Dark Side” kimi mövzular. Bütün bu obyektlər xəritədə göstərilir və istifadəçilər istədikləri istiqamət üzrə seçim edə bilirlər”.

Hari Mitsidis qeyd edib ki, səyahət təqaüdləri klub üçün çox önəmlidir:

“Məqsədimiz heç vaxt ölkəsindən kənara çıxmamış gənclərə ilk səyahət imkanını yaratmaqdır. Ukrayna, Ruanda və son olaraq Pakistandan olan iştirakçılar bu imkandan yararlanıblar. Növbəti iştirakçılar Burundi və Malavidən olan iki gənc qadındır”.

Xəbər lenti

Xəbər lenti