Bakı. Trend:
Kolumbiyanın cənubundakı Putumayo departamentində “Hercules C-130” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində azı 66 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə “Caracol” telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 128 nəfər olub. Onlardan 57-si xəstəxanaya yerləşdirilib, bir nəfər isə xəsarət almayıb.
Digər dörd nəfərin cəsədi hələ də tapılmayıb.
xxx
04:32
Kolumbiyanın cənubunda, meşəlik ərazidə "Hercules C-130" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində azı 38 nəfər həlak olub, 83 nəfər isə xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə təyyarənin havaya qalxdığı Puerto-Legisamo şəhərinin təhlükəsizlik və inzibati idarəetmə üzrə baş köməkçisi Karlos Klaros "The Wall Street Journal" nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, göyərtədə olan bəzi hərbçilər təyyarə yerə düşmədən bir neçə saniyə əvvəl özlərini aşağı atıblar. Hava gəmisində olan 125 nəfərdən dördü hələ tapılmayıb və onların axtarışları davam edir.
Hazırda qəzanın səbəbi müəyyən edilməyib.
xxx
00:48
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində azı 77 hərbçi xilas edilib.
Trend xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro məlumat verib.
Prezidentin sözlərinə görə, hazırda 77 yaralı xəstəxanalara çatdırılıb, hadisə nəticəsində isə bir nəfər həyatını itirib.
Qustavo Petro qeyd edib ki, hakimiyyət orqanları daha 43 nəfərin taleyi ilə bağlı məlumatın dəqiqləşdirilməsini gözləyir.
xxx
23:07
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində 57 hərbçi xilas edilib.
Trend xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Daha əvvəl yerli hökumətin sözçüsü Karlos Arbey Klaros "Caracol" televiziyasına təxminən 30 hərbçinin xəstəxanalara yerləşdirildiyini bildirmişdi. Onun sözlərinə görə, təyyarədə 110-dan çox insan olub.
Hakimiyyət orqanları hələlik ölənlərin sayı barədə rəsmi açıqlama verməyib.
Qeyd olunur ki, Puerto-Leqizamoda "Hercules C-130" təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
xxx
20:31
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus Hercules C-130 təyyarəsi, göyərtəsində 100-dən çox hərbçi olan, ölkənin cənubunda qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə "Caracol" radiostansiyası məlumat yayıb.
Ölkənin müdafiə naziri Pedro Sançez hadisəni təsdiqləyib, lakin təyyarədə olan insanların dəqiq sayını açıqlamayıb.
Nazir bildirib ki, təyyarə Puerto-Leqizamoda havaya qalxarkən qəzaya uğrayıb və göyərtədə Kolumbiya silahlı qüvvələrinin üzvləri olub.
