...

Küveyt İranın iki dronla hava limanındakı yanacaq çəninə hücum etdiyini bildirib

Dünya xəbərləri Materials 25 Mart 2026 20:44 (UTC +04:00)
Küveyt İranın iki dronla hava limanındakı yanacaq çəninə hücum etdiyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrandan atılan iki drondan sonra Küveyt Beynəlxalq Hava Limanında yanacaq çənində yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə Küveyt Müdafiə Nazirliyinin nümayəndəsi Səud əl-Ətvan deyib.

Onun sözlərinə görə, son 24 saat ərzində Küveyt hakimiyyəti 20 ballistik raket və 9 PUA-nın buraxılışını qeydə alıb. Hərbçilər 13 raket və 6 dron məhv ediblər ki, bunlardan ikisi beynəlxalq hava limanındakı yanacaq çənlərindən birinə dəyib.

Küveyt Yanğından Mühafizə Xidmətinin sözçüsü Məhəmməd əl-Qərib bildirib ki, ordu və Milli Qvardiya da daxil olmaqla bir neçə qurum yanğının söndürülməsində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti