Bakı. Trend:
“Mançester Yunayted” və “Nyukasl”ın nümayəndələri Liqa 1-in 27-ci turunda “Lion” və “Monako” (1:2) arasında keçirilən oyunu izləyiblər.
Trend xəbər verir ki, bu oyun zamanı hər iki klubun skautları xüsusilə 22 yaşlı monakolu yarımmüdafiəçi Lamin Kamaraya və 24 yaşlı cinah oyunçusu Maqnes Akliuşa diqqət yetiriblər.
Mənbəyə görə, “Mançester Yunayted” və “Nyukasl”ın Kamara üçün əsas rəqiblər olacağı gözlənilir. Bununla belə, vurğulanır ki, seneqallı oyunçunun inkişafını bir neçə digər İngiltərə Premyer Liqa komandası da izləyir.
Kamara bu mövsüm bütün yarışlarda 25 oyunda meydana çıxıb və dörd məhsuldar ötürmə edib. Akliuş 36 oyunda meydana çıxıb, yeddi qol vurub və səkkiz məhsuldar ötürmə edib.