...

ABŞ-də neft emalı zavodunda partlayış baş verib

Turizm Materials 24 Mart 2026 07:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Texas ştatının Port Artur şəhərində yerləşən "Valero Energy" şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə "KFDM" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, partlayışa nasaz işləyən qızdırıcının səbəb olduğu ehtimal edilir. Hadisə yerindən yayılan görüntülərdə zavod ərazisindən qalın və tünd tüstünün yüksəldiyi müşahidə olunur.

Hələlik xəsarət alanlar barədə rəsmi məlumat verilməyib. Qərbi Port Artur sakinlərinə təhlükəsizlik məqsədilə sığınacaq taparaq olduqları yerlərdə qalmaları tövsiyə olunub.

Qeyd edək ki, "Valero Energy"nin Port Artur neft emalı zavodu gündəlik təxminən 435 min barel xam nefti emal edərək benzin, dizel və reaktiv yanacaq istehsal edir.

Xəbər lenti

Xəbər lenti