...

İran İsrailin enerji obyektlərini vurmaqla hədələyib

Dünya xəbərləri Materials 23 Mart 2026 09:35 (UTC +04:00)
İran İsrailin enerji obyektlərini vurmaqla hədələyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran, elektrik sektoruna qarşı hücumlara cavab olaraq İsrailin elektrik stansiyalarını, eləcə də region ölkələrində ABŞ hərbi bazalarını elektriklə təmin edən enerji obyektlərini hədəfə alacağını bəyan edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında bildirilir.

“ABŞ prezidenti iddia edib ki, İnqilab Keşikçiləri region ölkələrinin əhalisinə çətinlik yaratmaq məqsədilə suyun duzsuzlaşdırılması obyektlərinə hücum etmək niyyətindədir. Biz hər hansı təhdidə onun yaratdığı təsir səviyyəsində cavab verməkdə qətiyyətliyik. Əgər siz elektrikə zərbə vursanız, biz də elektrikə zərbə vuracağıq”, – İnqilab Keşikçilərinin bəyanatında qeyd edilir.

Xatırladaq ki, şənbə günü ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, əgər Tehran 48 saat ərzində Hörmüz boğazını bütün gəmiçilik üçün “tam açmasa”, İranın elektrik stansiyaları hədəfə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti