Bakı. Trend:
Tunisin cənub sahillərində “Miscar” qaz hasilatı platformasında günlərlə çətin vəziyyətdə qalan 116 miqrant “Ocean Viking” gəmisi tərəfindən xilas edilib. Qeyri-qanuni miqrantlar fırtına zamanı platformaya sığınıblar.
Trend xəbər verir ki, bu barədə “SOS Méditerranée” qeyri-hökumət təşkilatı məlumat yayıb.
Məlumata görə, Tunisin sahil sularında xilas edilən miqrantlar arasında 40 azyaşlı, 13 qadın, bir uşaq və iki körpə olub.
