...

ABŞ İran səmasında F-18 qırıcısının vurulduğu iddiasını təkzib edib

Dünya xəbərləri Materials 26 Mart 2026 02:14 (UTC +04:00)
ABŞ İran səmasında F-18 qırıcısının vurulduğu iddiasını təkzib edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İranın Çabahar şəhəri üzərində ABŞ-nin F/A-18 qırıcı təyyarəsinin vurulması ilə bağlı açıqlaması həqiqətə uyğun deyil.

Trend-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında bildirilib.

"Yalan: SEPAH Çabahar üzərində yeni qabaqcıl hava hücumundan müdafiə sistemləri istifadə edilərək Amerika F/A-18 qırıcı təyyarəsinin vurulduğunu açıqlayıb. Doğrudur: İran tərəfindən bir dənə də olsun Amerika qırıcı təyyarəsi vurulmayıb", - deyə bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl İran silahlı qüvvələri ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olduğu iddia edilən F-18 qırıcı təyyarəsinin İranın səmasında vurulduğunu açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti