...

“Barselona” Andrea Kambiasonu transfer etmək istəyir

İdman Materials 24 Mart 2026 08:54 (UTC +04:00)
“Barselona” Andrea Kambiasonu transfer etmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona” klubu “Yuventus”un müdafiəçisi Andrea Kambiaso ilə maraqlanır.

Trend xəbər verir ki, katalonlar hər iki cinahda çıxış edə bilən universal müdafiəçi axtarır və 26 yaşlı italiyalı futbolçu bu tələblərə uyğun namizəd hesab olunur.

Kambiasonun Turin klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir. Luçiano Spallettinin rəhbərliyi altında o, komandanın əsas oyunçularından birinə çevrilib.

Məlumata görə, “Barselona” son aylarda futbolçunun çıxışını yaxından izləyir. “Yuventus” isə oyunçunu 50 milyon avrodan yüksək qiymətləndirir və daha aşağı məbləğdə təklifləri qəbul etməyi planlaşdırmır.

Qeyd edək ki, Andrea Kambiaso bu mövsüm Serie A-da keçirdiyi 28 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti