...

Nigeriyada partlayış nəticəsində 8 nəfər həlak olub

Dünya xəbərləri Materials 23 Mart 2026 20:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyanın Niger ştatının Borqu rayonunda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində azı səkkiz nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə yerli "The Sun Nigeria" qəzeti məlumat yayıb.

Məlumata görə, partlayış körpünü dağıdıb və həmin zaman körpüdə olan avtomobildəki yeddi sərnişin ilə sürücü hadisə yerində həlak olub.

Partlayıcının terrorçular tərəfindən yerləşdirildiyi ehtimal olunur.

Niger ştatı polis idarəsinin rəsmi nümayəndəsi Vasiu Abiodun bildirib ki, güc strukturları hadisə ilə bağlı antiterror əməliyyatına başlayıb.

Xəbər lenti

Xəbər lenti