Bakı. Trend:
ABŞ-nin Havay ştatında təxminən 5500 sakin daşqınlar səbəbindən təxliyə əmri alıb.
Trend xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Təxliyə əmrləri Honolulu şəhərinin şimalında yaşayan sakinlərə şamil olunub. Havay adalarında aramsız yağan güclü yağışların səbəb olduğu daşqınlar onlarla evə ziyan vurub. Yerli rəsmilər 120 illik bəndin dağılması ehtimalından narahatdırlar.
Ştatın qubernatoru Coş Qrin daşqınların ümumi ziyanının 1 milyard dolları keçə biləcəyi barədə xəbərdarlıq edib.
