Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Livanda həyata keçirilən aviareydlər zamanı Beyrutda “Hizbullah”ın komanda mərkəzini və terror qrupuna məxsus yanacaqdoldurma məntəqələrini vurub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bildirilir ki, Beyrutun cənub ətraflarında yerləşən “Hizbullah” qərargahı ərazi üzrə yeni təxliyə xəbərdarlıqlarından sonra hədəfə alınıb.
İsrail Müdafiə Qüvvələri eyni zamanda, digər ərazilərdə “Hizbullah”a məxsus və 2020-ci ilin fevralından ABŞ sanksiyaları altında olan yanacaq distribütoru şirkəti olan “Al-Amana”ya aid bir neçə yanacaqdoldurma məntəqəsini vurduğunu açıqlayıb.
