...

Federiko Kyeza İtaliya milli komandasının düşərgəsini tərk edib

Maraqlı Materials 23 Mart 2026 23:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Liverpul”un hücumçusu Federiko Kyeza İtaliya milli komandasının təlim-məşq düşərgəsindən ayrılıb.

Trend xəbər verir ki, bu barədə məlumat İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytında verilib.

FIGC bildirib ki, Federal Texniki Mərkəz tərəfindən vəziyyəti qiymətləndirilən Kyeza növbəti iki oyunda iştirak edə bilməyəcək və klubu ilə razılığa əsasən milli komandanın düşərgəsini tərk edib. Onun yerinə “Bolonya”dan Nikolo Kambyagi çağırılıb.

Qeyd olunur ki, İtaliya 26 martda 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-offun yarımfinalında Şimali İrlandiya ilə qarşılaşacaq. Mərhələni keçsə, “Skuadra adzurra” Uels-Bosniya və Herseqovina oyununun qalibi ilə üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti