...

ABŞ ordusu AGM-181 nüvə qanadlı raketinin sınaqlarını keçirir

Dünya xəbərləri Materials 23 Mart 2026 17:00 (UTC +04:00)
ABŞ ordusu AGM-181 nüvə qanadlı raketinin sınaqlarını keçirir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “B-52H Stratofortress” bombardmançısı “AGM-181 Long Range Stand Off” (LRSO) raketinin - yeni nəsil perspektivli nüvə qanadlı raketin - inteqrasiyası üzrə sınaqları davam etdirir.

Trend “Naked-Science” nəşrinə istinadən xəbər verir ki, təyyarə bu yaxınlarda Kaliforniya üzərində uçuş zamanı qanadları altında iki LRSO raketi ilə müşahidə olunub.

Bombardmançı yeni silahların sınaqları zamanı müntəzəm olaraq qeydə alınır ki, bu da proqramın genişləndirildiyini deməyə əsas verə bilər. LRSO-nun məhdud həcmdə istehsalına başlanması barədə qərarın 2027-ci maliyyə ilinə qədər qəbul ediləcəyi gözlənilir.

Diqqətəlayiqdir ki, raket ilk dəfə yalnız ötən il rəsmi şəkildə təqdim olunub: iyunda Hərbi Hava Qüvvələri “AGM-181”in ilk təsvirini yayıb, noyabrda isə Kaliforniyadakı müşahidəçilər raketin uçuş zamanı ilk fotolarını əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti