Bakı. Trend:
Yaxın Şərqdəki münaqişə fonunda Böyük Britaniyada kənd təsərrüfatı texnikası sahiblərinə yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.
Trend xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb.
Məlumata görə, İngiltərənin Esseks qraflığında və Şotlandiyanın bəzi bölgələrində topdansatış təchizatçıları fermerlərin əldə edə biləcəyi qırmızı dizel yanacağının həcmini məhdudlaşdırıb.
Anglia Farmers şirkətinin sözçüsü Patrik Krehan bildirib ki, hazırda yanacaq paylanmasında məhdudiyyətlər müşahidə olunur və topdansatış şirkətləri daha çox müştərinin tələbatını qarşılamaq üçün sifariş həcmlərini azaltmağa məcbur qalıblar.
Onun sözlərinə görə, əvvəl bir fermerə 10 min litr yanacaq çatdırıldığı halda, indi eyni həcm müxtəlif fermerlər arasında bölüşdürülərək hər birinə təxminən 2 min litr verilir.
