...

ABŞ qüvvələri İranda 8000-dən çox hədəfi vurub - CENTCOM

Dünya xəbərləri Materials 22 Mart 2026 07:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərq münaqişəsinin başlanğıcından bəri ABŞ ordusu İranda 130 gəmi də daxil olmaqla 8000-dən çox hədəfə zərbə endirib.

Trend xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.

O, video müraciətində qeyd edib: “Biz 130 İran gəmisi də daxil olmaqla 8000-dən çox hərbi hədəfi vurduq. Bu, İkinci Dünya Müharibəsindən bəri üç həftə ərzində dəniz qüvvələrinə vurulan ən böyük zərbə idi”.

Kuper həmçinin iddia edib ki, ABŞ Hərbi Hava Qüvvələri İran üzərində hava üstünlüyünü qoruyub saxlayır və 8000-dən çox döyüş uçuşu həyata keçirib.

Xəbər lenti

Xəbər lenti