...

Hörmüz boğazının bloklanması bu ölkələrdə aclığı kəskinləşdirəcək - BMT-dən xəbərdarlıq

Dünya xəbərləri Materials 24 Mart 2026 14:24 (UTC +04:00)
Hörmüz boğazının bloklanması bu ölkələrdə aclığı kəskinləşdirəcək - BMT-dən xəbərdarlıq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran müharibəsi fonunda Hörmüz boağzının bloklanması əhalisi aclıqdan daha çox əziyyət çəkən ölkələrdə, o cümlədən Sudan, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Somalidə vəziyyəti daha da acınacaqlı edəcək.

Trend xəbər verir ki, bunu BMT-nin Layihələrin İdarəedilməsi üzrə Agentliyinin icraçı direktoru Jorje Moreyra da Silva deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artmasının nəticələri “münaqişədən zərər görən ölkələrin sərhədlərindən çox-çox kənara çıxır”.

Ekspert hesab edir ki, Hörmüz boğazının bloklanmasının ən ciddi təsirlərini Asiya və Afrika qitəsindəki inkişaf etməkdə olan ölkələr hiss edəcək.

“Hörmüz boğazında yaranan fasilələr enerji resurslarının tədarükünü təhlükə altına qoyur. Bu, gübrə bazarına təsir göstərir və aclıq səviyyəsinin və ya ərzaq qeyri-sabitliyinin ən yüksək olduğu ölkələrdə, o cümlədən Sudan, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Somalidə ərzaq təhlükəsizliyini təhdid edir”,- o bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti