...

NASA asteroidin daxilini görüntüləyib (FOTO)

Dünya xəbərləri Materials 23 Mart 2026 17:54 (UTC +04:00)
NASA asteroidin daxilini görüntüləyib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NASA qabaqcıl vizuallaşdırma üsullarının köməyi ilə asteroid nümunələrinin “içinə baxmağa” nail olub və süxur hissəciklərindən ibarə şaxələnmiş çat şəbəkələrini aşkar edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, foto OSIRIS-REx zondu tərəfindən Bennu asteroidindən gətirilmiş iki kiçik süxur fraqmentinin iki fərqli rakursunu təqdim edir.

Onların tədqiq olunması üçün NASA mütəxəssisləri rentgen kompüter tomoqrafiyasından istifadə ediblər - bu, obyektlərin daxili quruluşunu onları zədələmədən araşdırmağa imkan verən xüsusi üsuldur.

Skan nəticələri göstərib ki, nümunələr incə çatlarla sıx şəkildə örtülüb. Bu kəşf alimlərə Bennu asteroidinin niyə bu qədər aşağı istilik ətalətinə malik olduğunu anlamağa kömək edir - asteroidin səthi Günəş işığına və kölgəyə növbə ilə məruz qalan hissələr səbəbindən sürətlə qızır və eyni sürətlə soyuyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti