...

Niderland Maliyyə Nazirliyinə kiberhücum olub

Dünya xəbərləri Materials 24 Mart 2026 06:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın Maliyyə Nazirliyində qurumun bir sıra əsas proseslərinin fəaliyyətini təmin edən sistemlərə kiberhücum qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə "AD" nəşri məlumat yayıb.

Hücuma məruz qalan sistemlərə giriş məcburi şəkildə məhdudlaşdırılıb.

Qurumun nümayəndəsi konkret olaraq hansı sistemlərin hədəf alındığını açıqlamayıb, lakin bildirib ki, hücum nəticəsində maliyyə dövriyyəsinə zərər dəyməyib.

O qeyd edib ki, vergi xidməti, gömrük idarəsi və sosial ödənişlər xidməti vətəndaşlara və müəssisələrə xidmət göstərməyə adi qaydada davam edir.

İcazəsiz daxilolma faktını aşkar edən nazirliyin İT xidməti baş verənlərlə bağlı araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti