Bakı. Trend:
ABŞ daha 22 ədəd "B-2 Spirit" strateji bombardmançı təyyarəsi sifariş edib.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
Tramp bildirib ki, sifariş edilən təyyarələr ən müasir versiyadır: "Biz indicə 'B-2 Spirit'-dən daha 22-ni sifariş etdik", – deyə o, Florida ştatının Vest Palm Biç hava limanında jurnalistlərlə söhbətində qeyd edib.
Qeyd olunur ki, bu təyyarələr 2025-ci ilin yayında İranın nüvə obyektlərinə zərbələr endirmək üçün istifadə olunub və hazırda Amerika-İsrail hərbi əməliyyatında da tətbiq edilir.
