Bakı.Trend:
Yaxın Şərqdə eskalasiyaların davam etdiyi bir vaxtda İsrail ordusu Livanın cənubunda bir neçə Hizbullah döyüşçüsünü zərərsizləşdirib.
Trend İsrail KİV-ə istinadən xəbər verir ki, əməliyyatın görüntüləri İsrail Müdafiə Qüvvələrinin rəsmi “X” səhifəsində dərc olunub.
Məlumata görə, ötən gün 7-ci zirehli briqadanın qoşunları Hizbulllaha aid olduğu deyilən silah-sursat anbarını məhv edib. Ərazidə gizlənmiş döyüşçülər bir müddət sonra qaçmağa çalışarkən hava zərbələri nəticəsində öldürülüblər.
Qolani briqadasının qüvvələri isə əməliyyat zonasına yaxınlaşan RPQ qumbaraatanı və avtomatla silahlanmış döyüşçünü zərərsizləşdiriblər.
