...

Azərbaycan taekvondoçuları “Belgian Open”də 6 medal qazanıblar (FOTO)

İdman Materials 23 Mart 2026 19:25 (UTC +04:00)
Azərbaycan taekvondoçuları “Belgian Open”də 6 medal qazanıblar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçikanın Lommel şəhərində martın 21-22-də taekvondo üzrə “Belgian Open” beynəlxalq turniri keçirilib.

Trend xəbər verir ki, yarışın ilk günündə gənc idmançılar mübarizəyə qoşulub və Azərbaycan komandası 1 qızıl, 4 bürünc medal qazanıb.

49 kiloqram çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) isə turniri bürünc medalla başa vurublar.

Martın 22-də böyüklər arasında keçirilən yarışda “Paris-2024” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov (63 kq) da bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva Azərbaycandan hakim kimi iştirak edib.

Xəbər lenti

Xəbər lenti