...

Sumqayıtda tonqal partladı: 10 nəfər yaralanıb (VİDEO)

Cəmiyyət Materials 21 Mart 2026 22:54 (UTC +04:00)
Sumqayıtda tonqal partladı: 10 nəfər yaralanıb (VİDEO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. İlkin qiymətləndirməyə görə, vətəndaşlar tonqalı benzinlə yandırarkən ani partlayış baş verib.

Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, tonqalın ətrafa yayılmasının qarşısı alınıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti