Bakı. Trend:
Cənubi Koreyanın Tecon şəhərində avtomobil hissələri zavodunda baş verən yanğın nəticəsində ən azı 10 nəfər ölüb, 59 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
Məlumata əsasən, yanğınsöndürənlər hazırda itkin düşmüş dörd nəfəri axtarırlar. Yanğın baş verən zaman zavodda ümumilikdə 170-ə yaxın işçi olub.
Agentlik Cənubi Koreya rəsmisinə istinadən vurğulayıb ki, xüsusi xidmət orqanları artıq yoxlanılan binaları sökməyi və itkin düşənlərin axtarışını davam etdirməyi planlaşdırır.