...

"Amazon" süni intellektlə işləyən smartfon üzərində işləyir

Dünya xəbərləri Materials 20 Mart 2026 22:27 (UTC +04:00)
"Amazon" süni intellektlə işləyən smartfon üzərində işləyir

Bakı. Trend:

ABŞ-nin "Amazon.com Inc." şirkəti Transformer kod adlı mobil telefon hazırlayır.

Trend-in məlumatına grə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, yeni telefonun səs köməkçisi olan "Alexa" ilə sinxronlaşa biləcəyi və fərdiləşdirmə hesabına Amazon.com üzərindən məhsulların, eləcə də Grubhub kimi tərəfdaşlardan yeməklərin sifarişini, həmçinin Prime Video və Prime Music kimi striminq platformalarından istifadəni asanlaşdıracağı ehtimal edilir.

Mənbələrin sözlərinə görə, layihənin əsas məqsədlərindən biri süni intellekt xüsusiyyətlərinin inteqrasiyasıdır. Bu, ənənəvi tətbiq mağazalarına olan ehtiyacı aradan qaldıra bilər.

Agentliyin mənbələri qeyd edib ki, "Alexa" cihazın əsas elementinə çevriləcək, lakin onun əsas əməliyyat sistemi fərqli ola bilər.

Xəbər lenti

Xəbər lenti