Bakı. Trend:
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, martın 21-də gecə və səhər saatlarında bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.
Gözlənilən hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.
