...

QMİ sədri regionda baş verən gərginliyə münasibət bildirib

Cəmiyyət Materials 20 Mart 2026 09:33 (UTC +04:00)
QMİ sədri regionda baş verən gərginliyə münasibət bildirib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Regionda baş verən gərginliklərlə əlaqədar çağırışım odur ki, dualarımız odur ki, tərəflər bir-biri ilə danışıb razılaşsınlar.

Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu prosesdə xalq əziyyət çəkir:

"Gec-tez razılığa gələcəklər, amma o vaxta qədər insanlar əziyyət çəkəcək. Buna görə də çağırışım budur ki, tərəflər tezliklə razılığa gəlsinlər. Raketlər qələmlərlə, qarşıdurma isə diplomatiya dili ilə əvəzlənməlidir. Tərəflər bir-biri ilə danışaraq ortaq məxrəcə gəlməyə çalışmalıdırlar, çünki bu cür qarşıdurmaların sonu yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti