Bakı. Trend:
İsrail Müdafiə Ordusu Suriyanın cənubundakı hərbi infrastruktura
zərbələr endirib.
Trend-in məlumatına görə, bunu İsrail Müdafiə Qüvvələri (IDF) açıqlayıb.
IDF-in bildirdiyinə görə, zərbələr Əs-Süveydada druzların hücuma məruz qalmasına cavab olaraq endirilib. İsrail ordusu Suriya hökumət qüvvələrinin hərbi obyektlərindəki komandanlıq mərkəzinə və silah-sursat anbarlarına zərbələr endirib.
Ordu Suriyanın cənubunda vəziyyəti izləməyə davam etdiyini və siyasi rəhbərliyin göstərişlərinə uyğun addımlar atacağını vurğulayıb.