...

Xaricdən onlayn alış-veriş edənlərə xəbərdarlıq: gecikmə ola bilər

Gündəm Materials 19 Mart 2026 17:33 (UTC +04:00)
Xaricdən onlayn alış-veriş edənlərə xəbərdarlıq: gecikmə ola bilər
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Novruz və Ramazan bayramları ilə əlaqədar 20–30 mart tarixlərini əhatə edən qeyri-iş günləri dövründə beynəlxalq poçt göndərişlərinin emalı və çatdırılması proseslərində müvəqqəti gecikmələr müşahidə oluna bilər.

Trend xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) sürətli poçt rabitəsi xidmətlərindən istifadə edən vətəndaşlara müraciətində deyilir.

Məlumatda qeyd edilir ki, sifarişlər planlaşdırılarkən qeyd olunan dövr nəzərə alınsın və mümkün gecikmələrə hazır olunsun.

İKTA eyni zamanda qeyd edir ki, poçt rabitəsi xidmətləri ilə bağlı qarşılaşdıqları çətinliklər barədə vətəndaşlar bayram günlərində də Agentliyin “E-Şikayət” sistemi vasitəsilə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti