...

Xətaidə kanalizasiya çöküb, evləri su basıb (VİDEO)

Cəmiyyət Materials 20 Mart 2026 12:06 (UTC +04:00)
Xətaidə kanalizasiya çöküb, evləri su basıb (VİDEO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xətaidə kanalizasiya kollektorunun çökməsi nəticəsində evləri su basıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Qeyd olunub ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda subasmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti