...

Piton ilanların molekulu piylənmə dərmanı ola bilər - Araşdırma

Dünya xəbərləri Materials 20 Mart 2026 18:00 (UTC +04:00)
Piton ilanların molekulu piylənmə dərmanı ola bilər - Araşdırma
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Alimlər pitonların nadir metabolik xüsusiyyətlərini araşdırarkən piylənmə müalicəsində istifadə oluna biləcək yeni molekul aşkar ediblər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yeməkdən sonra pitonların qanında sürətlə artan bu maddə laboratoriya siçanlarında iştahanı azaldaraq çəki itkisinə səbəb olub.

Tədqiqat zamanı müəyyən edilib ki, pTOS adlı molekul verilən piylənmiş siçanlar daha az qidalanıb və 28 gün ərzində bədən çəkilərinin təxminən 9%-ni itiriblər. Alimlərin fikrincə, bu təsir hazırda istifadə olunan Wegovy kimi dərmanlara alternativ ola bilər.

Araşdırma Stanford Universiteti alimləri tərəfindən aparılıb. Tədqiqatın həmmüəllifi Jonathan Long bildirib ki, heyvanların öyrənilməsi insan metabolizmasına təsir edən yeni mexanizmlərin aşkarlanmasına kömək edə bilər.

Mütəxəssislər qeyd edirlər ki, pTOS digər dərmanlardan fərqli olaraq birbaşa beynin iştahanı tənzimləyən hissəsi - hipotalamusa təsir edir. Bu isə daha az yan təsirlə yeni müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti