Bakı. Trend:
"Liverpul" yayda beş və ya altı oyunçusu ilə yollarını ayırmağa hazırdır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"Mersisaydlılar"ın ayrılıq yolu mövqeyindən narazı olan hücumçu Məhəmməd Salahdan başlaya bilər.
Salahdan əlavə, "Liverpul" gələn yay müqaviləsi başa çatacaq müdafiəçi Endryu Robertsonun gələcəyini də müzakirə edir. Müdafiəçi İbrahima Konatenin gələcəyi də qeyri-müəyyəndir.
"Liverpul" klubdakı 2 mövsümü ərzində baş məşqçi Arne Slotun dəstəyini qazana bilməyən cinah yarımmüdafiəçisi Federiko Kyeza üçün təklifləri nəzərdən keçirəcək.
Müdafiəçi Jozef Qomezin gələcəyi əsasən Konatenin "Liverpulda"kı statusundan asılıdır. Digə bir ayrılıq ehtimalı isə Kurtis Cons barədədir.
