Bakı.Trend:
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində əsas yoldan kənarda daşların arasında gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 5 ədəd 5.45 kalibrli güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
