...

ABŞ İrana qarşı zərbələrin intensivliyini artırıb - Pentaqon rəhbəri

Dünya xəbərləri Materials 19 Mart 2026 17:43 (UTC +04:00)
ABŞ İrana qarşı zərbələrin intensivliyini artırıb - Pentaqon rəhbəri
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İrana qarşı zərbələrin intensivliyini artırıb, minlərlə hədəflər vurulur.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə naziri Pit Heqset Pentaqonda İrana qarşı aparılan “Epic Fury” əməliyyatının gedişi ilə bağlı keçirilən brifinqdə danışıb.

Heqset bildirib ki, ABŞ tam qələbəyə nail olmağa çalışır:

“Bu günə qədər biz İran və onun hərbi infrastrukturuna aid 7,000-dən çox hədəfi vurmuşuq. Bu, tədrici addım deyil. Bu, dəqiqliklə tətbiq olunan sarsıdıcı gücdür. Və bir daha qeyd edirəm ki, bu gün bu vaxta qədərin ən böyük zərbə dalğası olacaq”.

Nazir qeyd edib ki, əməliyyatın məqsədləri dəyişməz qalır. Hərbçilər raketləri və buraxılış qurğularını məhv edirlər. Onlar həmçinin istehsal güclərinə zərbələr endirirlər. Ayrı bir vəzifə kimi o, dəniz qüvvələrinin məhv edilməsini göstərib.

O həmçinin vurğulayıb ki, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti