...

“Roblox” platformasının fəaliyyəti Azərbaycanda məhdudlaşdırıla bilər

Cəmiyyət Materials 19 Mart 2026 14:02 (UTC +04:00)
“Roblox” platformasının fəaliyyəti Azərbaycanda məhdudlaşdırıla bilər
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“Roblox” platformasının fəaliyyəti Azərbaycanda məhdudlaşdırıla bilər

Trend xəbər verir ki, bu barədə ilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, bu məsələ dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “Roblox” qlobal platforması arasında keçirilən onlayn görüşdə müzakirə olunub.

Dövlət Komitəsi tərəfindən “Roblox”-un uşaqlar üçün potensial öyrənmə və əyləncə mühiti olmaqdan çıxaraq, ciddi sosial problemlərin mənbəyinə çevrilə biləcəyi, oyunlarda uşaqların təhlükəsizliyi baxımından hüquqa və ailə dəyərlərinə zidd məzmunların mövcudluğu ilə bağlı narahatlıq ifadə edilib, xüsusilə 16 yaşadək uşaqların təhlükəsizliyinin təmin olunması üçün müdafiə mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunan məsələlərin aradan qaldırılmadığı təqdirdə platformanın fəaliyyətinin Azərbaycanda məhdudlaşdırılacağı diqqətə çatdırılıb.

“Roblox” nümayəndələri qeyd edilən məsələlərə münasibət bildirərkən, səsləndirilən iradları qəbul etdiklərini və yaxın zamanda risklərin aradan qaldırılması istiqamətində əməli tədbirlərin görüləcəyini, ilkin nəticələrin artıq aprel ayından müşahidə ediləcəyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti