...

Bakıda Novruz şənliyi (FOTO)

Cəmiyyət Materials 19 Mart 2026 11:30 (UTC +04:00)
Bakıda Novruz şənliyi (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən və ötən il istifadəyə verilən yeni istirahət parkında Bakı sakinləri, və şəhərimizin çoxsaylı qonaqları, həmçinin uşaq evlərinin balaca sakinləri internat məktəblərinin şagirdləri üçün “Ruhumuza bahar gəlir” adlı möhtəşəm Novruz şənliyi təşkil edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yüksək bayram əhval-ruhiyyəsində təşkil edilən və xüsusi zövqlə bəzədilmiş parkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb.

Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin, ponilərin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar, pəhləvanlar və çalğıçılar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti