Bakı. Trend:
1967-ci ildən bəri ilk dəfə olaraq İsrail Əl-Əqsa məscidini bağlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Qüdsin ən müqəddəs ziyarətgahlarından biri olan məscid regiondakı gərginliyin artması fonunda Ramazan ayının son cümə günü ziyarətçilərə qapalı qalıb.
İsrail bu addımı təhlükəsizlik ilə əsaslandırıb. Minlərlə insanın kompleksə daxil olmağa cəhd etdiyi və toqquşmaların baş verdiyi bildirilir.
Buna cavab olaraq Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ olmaqla səkkiz müsəlman ölkəsi İsraili din azadlığını məhdudlaşdırmaqda ittiham edib və dünya birliyini ona təzyiq göstərməyə çağırıb.